SON DƏQİQƏ

"44 günlük müharibə və tarixi qələbə" adlı dəyirmi masa ətrafında tədbir keçirildi- FOTO

Tarix:5-11-2021, 09:47

04 noyabr 2021-ci il tarixində Ağstafa rayon Heydər Əliyev Mərkəzində "44 günlük müharibə və tarixi qələbə" adlı dəyirmi masa ətrafında tədbir keçirildi.
Tədbirdə Əfqanıstan İctimai Birliyinin sədri Hacıyev Mirzahid Hacıyev, 44 günlük müharibə iştirakçıları olan qazilərimiz Muradov Bəhruz, Baş Leytenant Fərhad Abbasov, Leytenant Kamil Hüseyinov, İmamquluyev Şahin, Rəhimov Elməddin, Mərkəzin və MKS-nin 2 N-li şəhər kitabxana filialının əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Ağstafa rayon Heydər Əliyev Mərkəzinin fond müdiri İsmayılov Vəfadar bildirdi ki, tarixboyu Azərbaycan xalqı həmişə əmin - amanlığın tərəfdarı olub. İşğalçı Ermənistanın sülh danışıqları prosesini pozması, təmas xəttində tez-tez təxribatlara əl ataraq mülki əhaliyə atəş açması Azərbaycana hərbdən başqa yol qoymadı. Təbii ki, müharibənin hər dəqiqəsi, hər saatı qan-qada, ölüm – itimdir. Ona görə 44 gün davam edən Vətən müharibəsi əslində müasir dövr üçün qısa müddət deyil. Sonra çıxış edən Əfqanıstan İctimai Birliyinin sədri Hacıyev Mirzahid bildirdi ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir. Tədbirdə çıxış edən qazilərimiz keçdikləri şərəfli döyüş yollarından, göstərdikləri sücaətdən danışıblar.

“XeberTıme.az”  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ