Azərbaycan İqtisadiyyat elminə ağır itki üzv vermişdir. Görkəmli alim, Azərbaycan Dövlət Kooperasiya Universitetinin professoru, coğrafiya elmləri doktoru,professor Zahid Səttar oğlu Məmmədov dekabrın 7 də vəfat etmişdir. Zahid Məmmədov Azərbaycan iqtiatiyyat elminə dəyərli töhfələr vermiş və regionların inkişafı ilə bağlı monoqrafiyaları ali məktəblərdə tədris olunurdu.
Həkəri qəzetinin redaksiya heyətinin fəxri üzvü idi. Son dərəcə ailəcanlı , dosta qarşı sədaqətli şəxsiyyət idi. Dövri mətbuatda tez-tez məqalələri dərc olunardı.
Təbiətşünas alim Həsən Əliyev gənc alim Zahid müəllimə savadına, bilik və bacarığına görə çox diqqətlə yanaşırdı. Ömür yolu haqqında kitab çap etdirməyi Zahid müəllimə deyəndə çox sevinmişdi. Xarici jurnallarda, Respublika və Həkəri qəzetlərində dərc olunan məqalələrini toplayaraq çap etdirmək ərəfəsində idik. Amansız ölüm qəflətən onu haqladı. Bir həftə əvvəl zəng etmişdim. Tez - tez Buzovnadaki bağına gedər, nərd oynayardıq. Bağda yetişdirilən əncirdən, ağ şani qara şan üzümdən doyunca təam edərdik.
Təbiəti çox sevərdi. Oğlu Xaliqi evləndirmək istəyirdi, arzuları yarımçıq qaldı. Həyat yoldaşının sağalması üçün Lerikdən, Masallıdan belə gəzib dolaşaraq türkəçarə həkimlərə , biliciləri müraciət etsək də bir fayda verməmişdi. Allahın əlində olan bir işə heç kəs qarışa bilməz. Lakin əlacsız insan kimlərə müraciət etmədi, hərə bir söz dedi. Rəhmətlik həmişə deyərdi ki, yaxşılıq etdiyim adam mənə qarşı pislik etmişdi. Sonradan həmin pislik edən də cəzasına çatmışdı. Zahid müəllim isə elmə daha çox üstünlük versə də əməl cadu edənlərə də inanırdı. Həmişə bir yola çıxanda ayətil kursu əzbərdən söyləyərdi. Müqəddəs Həcc ziyarətində olmuşdu. Hacı Zahidlə dostluq edənlər heç vaxt ziyan çəkməzdi. Xeyirxah, qəlb kövrək insan idi. Ürək ağrısıyla yazdığın bu cümlələri bilmirəm necə duzum ki, dostumuza layiq olsun.
ZəngilaninnBaharli kəndinin işğaldan azad olunmasından çox sevinmişdi. Məni bağına dəvət etmişdi. Oğlu Xaliq da yanımızda. Xaliq somavar çayında bizə bir çay dəmləmisdi. Rauf, sən nə dadlı kabab bişirmişəm dələ çox mehriban anlar yaşayardıq.
Rahat uyu. Əziz dost, dəyərli insan. Dost haqqında nekroloq yazmaq mənim üçün çox ağırdır. Pandemiya dövrü olduğu üçün çoxlarının sənin vəfatından xəbəri olmadı.
Gecə saat 2 radələrində vatsab nömrəm sən həmişə mənə acı bir xəbər gəldi. Sevimli qızı zəng etmişdi, Zahid müəllim rəhmətə getdi.
Onun ardınca ikinci ağır kədərli xəbəri eşitdim. Qardaşım Niyazın 49 yaşlı həyat yoldaşı da rəhmətə getmişdi. Səhər tezdən tək qalaraq stress keçirmiş Niyaza tərəf getdim. İlahiyyatçı alim Bəhlul Behcətin nəvəsi Hacı Həmdullah zəng etdik. Hacı bir az xəstə olduğu üçün oğlu Behcətin gondərdi. Ali ruhani təhsili almış Behcət el adətiylə ara məsafə gözləməklə Sumqayıt qəbirsanliginda Validə Suleyman qızını atasının yanında dəfn etdik. Qayıdarkən ilahiyyatçı dostumuzun ailəsiylə əlaqə saxladıq.
Qəzetimizin şöbə müdiri ilahiyyatçı filoloq Qarabağ müharibəsi qazını Hacı Həsən Hüseyn vəfat edən doğmalara məşhəd namazı qıldı, Yasin oxudu, dualar edərək tezliklə təhlükəli virusun bəşəriyyətin üzərindən ləğv olunmasını uca yaradanımızdan dilədim.
Allahdan pandemiyadan dünyasını dəyişən hər kəsə rəhmət diləyirəm. Həkimlərin də aciz qaldığı bu bəladan tezliklə qurtulmağı arzulayıram.
Allahım sənə yalvarıram, sənə itaət edirəm. Bizi əhd elə. Tezliklə bu bəlanı xalqımızın üzərindən götür. İnsan talehi ilə biznes edənləri məhf elə.
Ruhunuz şad olsun. Əzizlərim
Rauf İlyasoğlu