SON DƏQİQƏ

QMİB-nin yeni ofisi açıldı- FOTOLAR

Tarix:10-11-2021, 19:31

9 noyabr Dövlət Bayrağı günündə yeni ofisimizin açılış günündə qonağımız adı dastanlaşan Şəhid balamız Xudayar Yusifzadənin anası Radə xanım oldu.Tədbirdə dövlət Himni səsləndi və Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu.
QMİB adından Şəhidimizi hörmətlə anaraq, onu (ölümündən sonra) "Cənnət Qoxulu Şəhidim" medalı və ananı isə "İlhamlı Azərbaycan"medalı ilə təltif etdik. Dövlət Bayrağı Günü münasibəti ilə təşkil etdiyimiz tədbirə və yeni ofisimizin açılışı münasibətilə Milli Qəhrəmanların Tanitma İctimai Birliyinin Nərimanov rayon rəhbərliyinə,xüsusilə qazi Əthəm Məmmədova dərin təşəkkürümüzü bildiririk. Allah xeyirxah insanlardan razı olsun.
Tədbirimizə qatılan tanınmış xeyriyyəçi -bəstəkar mügənni Arif Səlimov gənc şairə Solmaz xanımın sözlərinə yazdiği Xudayar mahnısı canlı-canlı Radə xanimın qarşısında ifa etdi və hər kəsi duyğulandırdı.....
......Bir anlıq göz yaşlarımızı gizlədə bilmədik.
Sonra mən Xudayara yazdıqım şeiri ananın qarşısında avazla səsləndirdim və həmin şeir "Həyat bizi səsləyir" antalogiasında çap olunub.
 
Bir avazla oxudu ki,Xudayar,
Bağrım başı yandı,yandı,köz oldu.
"Xudayar təsnifi"qaldı yadigar,
Qəlbimizdə közə dönən iz oldu.
Şəhidlər qəlbimi oda qaladı,
Qolum üstə boz buludlar ağladı,
Yolum üstə yalquzaqlar uladı,
Duman oldu,leysan oldu,sis oldu.
Azadəyəm,sözə salmışam meyil,
Sözsüz keçən heç bir günüm gün deyil !
Qəm əlindən havalandım elə bil,
Göz yaşlarım sahilsiz dəniz oldu !...
 
Hacı Azadə -Taleh Abbasqızı
 
Şairə Pərvanə Salmanqızıda yenicə çap olunmuş Xudayarın şeiri əks olunmuş kitabı Radə xanıma təqdim etdi.
Tədbirdə QMİB-nın xeyriyyəçilərə ayırdıqı Təzə Pir Məçidinin tikilişinə daha çox pul ayırmış Nabat xanım Aşurbəyovanın xatirəsini əbədiləşdirmək məqsədilə təsis etdiyimiz "Nabat Yolu" medalını məhs Radə xanım bəstəkar Arif Səlimova təqdim etdi. 
Sonra qazi Əthəm Məmmədov və Rəssam Azər Ziyadxan Dövlətə və Dövlətçiliyə sadiq qaldıqlarına və bu 44 günlük müharibədə hərəsi görsətdiyi şücaətə görə "İlhamlı Azərbaycan"medalı ilə tətlif olundular.
Tanınmış jurnalist və xeyriyyəçi Mövsüm Əşrəfoğlu cixiş edərək bizləri təbrik etdi və öz hədiyyəsini gənc jurnalistlərə təqdim etdi.
Sonda xatirə şəkili çəkdirildi
 
Hacı Azadə Taleh Abbasqızı 
Prezident təqaüdçüsü




 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ