SON DƏQİQƏ

Uşaqlarını təkbaşına böyüdən valideynlərə şad xəbər

Tarix:27-11-2021, 23:12

3 yaşınadək uşaqlarını təkbaşına böyüdən valideynlər üçün iş saatı azaldıla bilər. Bununla bağlı Əmək Məcəlləsinə dəyişikliyin edilməsi nəzərdə tutulur. XeberTıme.az xəbər verir ki, qüvvədə olan Əmək Məcəlləsinə görə, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 18 yaşadək işçilər, 1-ci, 2-ci qrup əlil işçilər, hamilə və yaşyarımadək uşağı olan qadınlar üçünsə 36 saatdan artıq olmamalıdır. Təklif edilən dəyişikliyə əsasən, ölkədə qısaldılmış iş vaxtı 3 yaşadək uşaqlarını təkbaşına böyüdən valideynlərə də şamil ediləcək. Mütəxəssislər də qanun layihəsinə ediləcək dəyişikliyin valideyn-övlad münasibətlərinin inkişafına kömək edəcəyi fikrindədirlər. 
Layihə plenar iclasda müzakirəyə çıxarıldı. Millət vəkili Fazil Mustafa yaş həddinin 3-dən 5-ə qaldırılmasını təklif etdi. Milli Məclisin sədr müavini Ziyafət Əsgərov isə təkliflə razılaşmadı.  Və yeniliyin 3 yaşadək uşağını tək böyüdən valideynlərə şamil ediləcəyini bildirdi. Müzakirələrdən sonra Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqda qanun layihəsi qəbul olundu.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ