23.01.2022-ci il tarixində “Ümid” Xeyriyyə Cəmiyyətinin birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların ailələrini ziyarət etdi. Şəhid analarına, şəhid xanımlarına gül buketləri və müxtəlif hədiyyələr verərək sevindirdi. Ziyarət zamanı şəhid ailə üzvüləri şəhidlərin yaşadığı qısa və şərəfli ömür yolundan, döyüş yolundan söhbət açdılar.
Ailələrin ziyarətindən sonra “Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova öz fikirlərini “XeberTıme.az” informasiya portalı ilə bölüşdü:
- Bu günki ziyarətimizin əsas məqsədi şəhid ailələrini diqqətdən kənar saxlamamaq və şəhid analarını, şəhid xanımlarını sevindirməkdir. “Ümid” Xeyriyyə Cəmiyyəti olaraq biz daima şəhid ailələrini ziyarət edirik. Öz canı bahasına böyük qələbələr yaşatmış şəhidlərimizi heç vaxt unutmayacayıq. Onların əziz xatirəsini daim uca tutub və ehtiram göstərəcəyik. Bu təşkilatçılıqda yaxından iştirak edən iş adamı və xeyriyyəçi Xurşudov Mirazada, Məməmədov Namidara və jurnalist Yeganə Telmanqızına öz dərin təşəkkürümüzü bildirirəm.
Yeganə Telmanqızı
“XeberTıme.az”