SON DƏQİQƏ

Bu gün Məhərrəm Quliyev doğum günüdür

Tarix:13-04-2022, 12:06

13 aprel dəyərli ziyalımız, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin doğum günüdür 54 yaşı tamam olur.
Məhərrəm müəllimi təbrik edirəm, Allahdan həyatın ən gözəl neməti olan can sağlığı, ailə xoşbəxtliyi arzulayıram.
Məhərrəm Böyükağa oğlu Quliyev 13 aprel 1968-ci ildə Lənkəranda anadan olmuşdur. 
1986-1988 tarixlərdə hərbi xidmətdə olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir. 
Lənkəran rayonunda müxtəlif vəzifələrdə çalışmış, 2003-cü ildən isə Lənkəran şəhər İcra hakimiyyəti başçısının müavini olmuşdur. 
13.03.2006-cı ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində işləmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2011-ci il tarixli Sərəncamı ilə Agstafa rayon İcra hakimiyyətinin başçısı təyin edilmişdir. 
Azərbaycan Respublikası Prezidentinin 05 aprel 2019-cu il tarixli Sərəncamı ilə Goranboy rayon İcra hakimiyyətinin başçısı təyin edilmişdir. 
Ailəlidir. 2 övladı var.
 
Elçin Tağıyev

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ