SON DƏQİQƏ

Ramazan ayında iftar süfrəsi -FOTO

Tarix:30-04-2022, 10:00

Bakının Zabrat qəsəbəsindəki beş yüz nəfərlik tutumlu  şadlıq sarayında Müqəddəs Ramazan bayramı münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisin sədr müavini ,xeyirxahlığı və humanistliyi ilə Respublikada və ölkəmizin hüdudlarından kənarda da  böyük hörmət qazanmiş  millət vəkilimiz Adil Əliyevin təşkilatçılığı ilə iftar süfrəsi təşkil olunmuşdu. Respublikamızın hər tərəfindən gəlmiş şəhid ailələrinin, Qarabağ qazilərinin,müharibə veteranlarının, milli məclisin deputatlarının, mədəniyyət, incəsənət və din xadimlərinin, ilahiyyatçı alimlərin, media nümayəndələrinin iştirakı ilə  keçirilmiş tədbir Dövlət himnimizin səsləndirilməsi ilə başladı. Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş cəmi  şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla  yad edildi.
Sonra  Milli Məclisin sədr müavini Adil Əliyev  tədbir iştirakçılarını salamladı və dedi; - Əziz şəhid anaları, əziz şəhid ataları, əziz qazilərimiz! Biz hər birimiz sizlərə borcluyuq və  qarşınızda baş əyirik.
Bu gözəl gündə  şəhid ailələri və qazilərlə iftar süfrəsində görüşməkdən qurur duyuram.
Qəhrəmanlarımızın bizə əmanətləri olan ailələri ilə birlikdə olmaq, söhbətləşmək insana yüksək mənəvi rahatlıq verir. Ramazan bayramını artıq 2 ildir ki, tarixi torpaqlarını işğaldan azad etmiş, ərazi bütövlüyünü bərpa, suverenliyini bərqərar etmiş qəhrəman xalq olaraq qeyd edirik.
 Bu gün Qarabağımız dirçəlir,   cənab Prezidentin müvafiq tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərimiz tezliklə dünyanın ən dilbər guşələrindən birinə çevriləcəkdir.
Sonra Quranı Kərimdən ayələr oxundu, dini və vətənpərvər mövzulu  mahnılar ifa olundu.
Xalqın böyük hörmətini qazanmış Adil Əliyev hər bir şəhid ailəsi ilə görüşdü və xatirə şəkili çəkildi.

Rauf İlyasoglu 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ