SON DƏQİQƏ

Şəhid anası Həbibə Səlimova Təhsil nazirinə məktub yazdı

Tarix:12-05-2022, 00:42

Azərbaycan Respublikasının Təhsil Naziri cənab Əmrullayevə 
surəti  "Həkəri"  qəzetinin baş redaktoru Rauf İlyasoğluna 
 
Ərizə 
 
Sizə yazan Şuşa uğurunda gedən döyüşlərdə iştirak etmiş, 9 noyabrda Şuşada Şəhid olmuş 5 medalla təltif olunmuş Səlimov Şiralı Vüqar oğlunun anasıdır , Mənim sizdən bir istəyim var , bəlkə siz bu məsələni işıqlandırsanız bizim dərdimizlə maraqlanan tapılar. 
Şiralı mənim yeganə oğul övladım idi. Mən ona ümid olub, qız övladımı universitetdə oxutmaq istədim, amma  qismət elə gətirdi ki oğlum Şəhid oldu. Birinci ilini oğlum ödəmişdi. Bizim evdə işləyən tək yoldaşımdır, 350-400 manat maaş alır, özü də ürək xəstədir. Bizim dərdimiz odur ki , qızım Qərbi Kaspi Universitetində ödənişli əsaslarla təhsil alır. Mənim pulu ödəməyə gücüm çatmır . Bu işlə bağlı Təhsil Nazirliyinə getdim ki , bəlkə bizə güzəşt edərlər. Əvvəlcə bizi qəbul etmək istəmədilər. Mən əsəbləşəndən sonra məni Nazir müavini Nərgiz xanım, sonrə Şöbə müdiri Yaqub Piriyev qəbul etdi. Mənə sənəd göstərib dedilər ki qanuna görə yalnız Şəhidin övladı və yoldaşı  pulsuz təhsil oxuya bilər, bacısı Şəhidin ailəsi sayılmır. Birdəki Şəhidin bacısı internat məktəbində oxusaydı, pulsuz təhsil alardı. İndi mən neyləyim övladlarımdan imtina edib, aparım internat məktəbinə yazdırım. İndi mən nə edim çarəsizəm , 2000 manat pulu mən hardan tapıb ödəyim. Mənim bu gündən sabaha ümidim yoxdur . Öz övladlarımın gələcəyini necə təhlükəyə atım. Şöbə müdiri deyir ki , arxası dayağı  olmayan bir qız tələbə krediti götürüb ödəsin
 

İmza: Şəhid anası Həbibə Səlimova

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ