SON DƏQİQƏ

“Elin fəxri oğulları” adlı anım günü keçirilib

Tarix:19-05-2022, 23:04

XeberTıme.az Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi səhifəsinə istinadən bildirir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan M.Ə.Sabir adına Kitabxana filialında uşaq və gənclər arasında 44 günlük Vətən müharibəsi şəhidlərini tanıtmaq üçün “Hər şəhid bir zirvədir” adlı layihə çərçivəsində may ayında doğulan Sumqayıt şəhidləri Şirbala Hüseynov, Vüsal Muradov, Rövşən Təhməzov, Elnur Allahverdizadə, Tərlan Rzayev, Şəhriyar Quliyevə həsr olunan “Elin fəxri oğulları” adlı anım günü keçirilib. Tədbirdə ilk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra kitabxananın əməkdaşı Nəzakət Əhmədova tədbir iştirakçılarına 44 gün davam edən haqq savaşımızda şanlı ordumuzun əldə etdiyi nailiyyətləri, qazandığı qələbələri diqqətə çatdırıb. Qeyd edib ki, bizlər də vətəndaş olaraq torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə qürur duyuruq. 
Tədbirdə iştirak edən 39 nömrəli orta məktəbin 7ç sinif şagirdlərinin ifasında şəhidlərə həsr olunan şeirlər səsləndirilib.
 
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ