SON DƏQİQƏ

Goranboy Mədəniyyət işçiləri Goranlı kənd sakini Şəhid İxtiyar İlqaroğlunun ailəsini ziyarət etdi- FOTO

Tarix:19-05-2022, 23:35

Bu gün Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Goranboy rayon Goranlı kənd sakini, 44 günlük Vətən Müharibəsi Şəhidi, Azərbaycan Ordusunun XTQ giziri İxtiyar İlqar oğlu Əliyevin ailə üzvüləri ilə görüş keçirilmişdir.
Görüşdə Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon üzrə baş məsləhətçisi Gündüz Hacıyev, Mədəniyyət Mərkəzinin direktoru Arzu Əliyev, layihə rəhbəri Elçin Tağıyev, Qırıxlı, Gülməmmədli və Həmənli kənd Klublarının nümayəndələri, Şəhid ailələri, cəmiyyət sədrləri, kənd sakinləri və ictimayyət nümayəndələri iştrak etmişdir.
Nümayəndələr ilk öncə Goranlı kənd qəbristanlığına gələrək Şəhid İxtiyar İlqaroğlunun məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş, ruhuna dualar oxunmuşdur.
Şəhidin məzarı önündə onların keçdikləri şərəfli döyüş yolundan söhbət açılmış, 44 günlük Vətən Müharibəsindəki qəhrəmanlıqlardan bəhs edilmişdir.
Çıxış edən tarixçi Gundüz Hacıyev Şəhid İxtiyar İlqaroğluna uca Allahdan rəhmət diləmiş ailəsinə səbirli olmağı bildirmişdir.
Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevrildiyini Gündüz Hacıyev bildirmişdir.
Şəhid İxtiyar İlqaroğlunun atasına 2-ci Qarabağ Müharibəsi iştirakçısı İlqar Əliyevə Mədəniyyət Mərkəzinin əməkdaşı, layihə rəhbəri Elçin Tağıyev tərəfindən şəhidimizin şəkli əks olunmuş xatirə tablosu təqdim edilmişdir. Bununla yanaşı şəhid anası Lətafət Əliyevaya isə Şuşa şəhərinin rəmzi olan 8 Noyabr Xarı Bülbülün xatirə tablosu təqdim edilmişdir.
Bu ailənin  övladı Bəxtiyar İlqaroğlu  Vətən müharibəsinin qazisi, üçüncü qrup əlildir.
Şəhid atası İlqar Əliyev onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığını ifadə etdi.
Daim şəhid və qazi ailələri Goranboy rayonunda diqqətdə saxlanılır rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Millət Vəkilləri Ağalar Vəliyev və Anar Məmmədovun qayğılarını hiss edirik deyə şəhid atası İlqar Əliyev bildirmişdir.
Bununla yanaşı bu gün şəhid ailəsini ziyarət etdikləri üçün Goranboy rayon Mədəniyyət Mərkəzinin kollektivinə və iştirakçılara dərin təşəkkürünü bildirdi.
Sonda tədbir iştirakçıları şəhid İxtiyar İlqaroğlunun yaşadığı evə gələrək onun xatirəsinə həsr olunmuş şəhid Xatirə guşəsinə baxış keçirilmişdir.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Elçin Tağıyev;
Rayon Mədəniyyət Mərkəzinin əməkdaşı,
TV21.az



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ