SON DƏQİQƏ

Bu gün bizim 7 yaşımız olur!

Tarix:20-05-2022, 21:06

Belə ki, 20 may 2015-ci il tarixdə ilk dəfə olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya seçkilər keçirilmişdir. Bu müddət ərzində İctimai Şura böyük inkişaf yolu keçmiş, zəngin təcrübə qazanmışdır. Minlərlə miqranta dəstəklər göstərilmiş, sorğular, monitorinqlər, ictimai müzakirələr daxil olmaqla yüzlərlə tədbir keçirilmiş, sonradan tətbiq edilən saysız-hesabsız təkliflər irəli sürülmüşdür. Yüzdən çox QHT, maraqlı tərəflərin nümayəndələrinin təmsilçiləri İctimai Şuranın nəzdində fəaliyyət göstərən işçi qrupların fəaliyyəti cəlb edilib. Qeyd olunan istiqamətlərdə fəaliyyətimiz bu gün də davam edir. Böyük fərəh və qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda həyata keçirilən dövlət miqrasiya siyasətinin uğurlu olmasında DMX yanında İctimai Şuranın da payı və rolu var. Odur ki, 7 yaşımız mübarək, hörmətli İctimai Şura üzvləri!                                             
Bu müddət ərzində fəaliyyətimizə dəstək olan DMX rəhbərliyinə və şəxsən Vüsal Hüseynova, onun kollektivinə, KİV və QHT-lər daxil olmaqla vətəndaş cəmiyyəti institularına dərin təşəkkürümüzü bildiririk. Bizdə “XeberTıme.az” analitik informasiya portalı olaraq fəaliyətlərinizi yüksək səviyədə qiymetləndirir, işlərinizdə uğurlar arzu edirik!

Fesih Alioğlu                                                              
Türkiyə üzrə təmsilçi

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ