SON DƏQİQƏ

“Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar” adlı tədbir keçirildi- FOTO

Tarix:1-06-2022, 21:31

XeberTıme.az Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi səhifəsinə istinadən bildirir ki,  Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli olan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Nizami Gəncəvi adına Kitabxana klubunun əməkdaşları 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar 47 nömrəli körpələr evi uşaq bağçası ilə birgə “Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar” adlı tədbir keçiriblər. Bağçanın müdiri Aytən Kərimli bütün uşaqları bayram münasibətilə təbrik edib və sözü kitabxananın əməkdaşı Səadət Allahverdiyevaya verib. Multimedia mütəxəssisi çıxış edərək, körpə balaları bu gün münasibətilə təbrik edib və bu bayramın yaranması haqqında məlumat verib. Sonra uşaqlar müxtəlif şeirlər söyləyib, mahnılar səsləndirib və rəqs nömrələri nümayiş ediblər. Bir birindən maraqlı çıxışlardan sonra kitabxana əməkdaşlarının təşkil etdikləri “Biz xoşbəxt uşaqlarıq” başlıqlı sərgi ilə uşaqları tanış ediblər.
“XeberTıme.az” 

                                                              

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ