SON DƏQİQƏ

Nuranə Gülərin təqdimatında “Qarabağ Azərbaycandır!”verlişi qazi Həsən Yaqubovun ailəsinin qonağı oldu- FOTO

Tarix:6-06-2022, 01:31

Bu gün Space TV-də sevimli teleaparıcı Nuranə Gülərin təqdimatında  “Qarabağ Azərbaycandır!” verlişi Vətən müharibəsi qazisi Həsən Yaqubovun ailəsinin qonağı oldu.
Verlişdə 44 günlük Vətən müharibəsində xalq və ordunun dəmir yumuruq ətrafinda sız birləşərək qalibiyyət tarixinin əldə olunmasından, Vətən müharibəsində adlarını tarixdə qürurla yaşatdığımız əbədiyaşar şəhidlərimizin əziz xatirəsi, Vətən, xalq yolunda sağlamlığından keçən qazi oğullarımızdan qürurla söhbət açıldı. Könüllü döyüşçümüz olan qazi Həsən Yaqubov və döyüş yoldaşlarının keçdiyi şərəfli döyüş yolundan söhbət açdı, şəhidlik zirvəsinə ucalan döyüş yoldaşlarını xatırlayaraq  Allahdan onlara rəhmət dilədi.   
Sevimli xanəndə Eldar Ələkbərovun məlahətli səsi və Azərbaycanın el sənətini yaşadan saz ifaçısı İlham Əsgəroğlunun gözəl ifaları ilə verlişə daha da rəngarənglik qatdı. Bakı şəhəri 24 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi, həvəskar şairə Sevinc Rəhmanova, prezident təqaütçüsü, AYB-nin üzvü İradə Əlili, qazilərə və Zəfər tarixinə həsr etdiyi  şeirləri oxudular. Tam səmimi keçən görüşdə pedaqogika üzrə fəlsəfə doktoru, Bakı şəhəri 240 saylı körpələr evi-uşaq baxçasının müdiri  Sədaqət Rəhimova, AJB-nin üzvü Yeganə Telmanqızı Azərbaycan tarixinə adı əbədi yazılmış Müzəffər Ali Baş Kopmandan İlham Əliyevin yürütdüyü döyüş siyasətindən eləcədə, Zəfər tariximizin qızıl hərflərlə tarixə yazılmasından, ərazi bütövlüyümüzün bərpası uğrunda canından, qanından keçən şəhidlərimizdən, Həsən Yaqubov və onun simasında  bizlərə qalibiyyət yaşadan döyüşçülərimizdən söhbət açdılar. Zəfər tariximizi   qanlarıyla, canlarıyla yazan Həsən kimi qazilərdən söhbət açaraq, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan oğullarımızla fəxr etdiyini bildirdi.                
“Qarabağ Azərbaycandır!” lahiyyəsinin təsisçisi və aparıçısı Nuranə xanıma daima Vətən oğullarını tamaşaçılara  tanıdırdığına görə öz təşəkkürünü  bildirdi.                       
Sevinc Rəhmanova “Qələmim+Kəlamım+Qəlbim=Vəfalım kitabını qazimizə və verlişin qonaqlarına təqdim etdi.                                                                                 
Sonda Sumqayıt şəhərində fəaliyyət göstərən “SUFLE” şirniyyat evinin təqdim etdiyi tort kəsildi və xatirə şəkilləri çəkildi. 

Yeganə Telmanqızı               
“XeberTıme.az”




 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ