SON DƏQİQƏ

"Qanun və İcra” verlişi aparıcı Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO

Tarix:18-06-2022, 22:03

"Qanun və İcra” verlişi hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdirilir.
18.06.2022-ci il tarixində efirə gedən "Qanun və İcra” verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170-176-cı maddələrini əhatə edən “Yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan cinayətlər” mövzusu ilə bağlı fikir mübadiləsi eləcədə məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılıdı. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişdik:                                                           
 
 
1. Cəlil Mahmudov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil                                                                        
 


2. Şərəf Cəlilli – Araşdırmaçı, yazar                                                                                             
 

3. Əli Mustafayev – Hüquqşünas, Azərbaycan Dillər Universitetinin müəllimi.

Verlişin informasiya dəstəyi  “XeberTıme.az” və “dünyatv.az”  sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə verlişin videosunu təqdim edirik.  

Yeganə Telmanqızı 
“XeberTıme.az"



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ