SON DƏQİQƏ

“Qarabağ Azərbaycandır”- QUBADA - FOTO

Tarix:26-06-2022, 11:29

Hər həftənin 4-cü gün saat 22:30-da sevimli teleaparıcı Nuranə Gülərin təqdimatında Space TV-də yayımlanan “Qarabağ Azərbaycandır” telelayihəsi bir sıra ziyalılarla, Vətən müharibəsi şəhidi Namiq Quliyevin atası Natiq Quliyev və Qarabağ qaziləri ilə birgə bu dəfə Quba şəhərində yaşayan şəhid ailələrini ziyarət etdi. Quba şəhərinin girişində Qarabağ qaziləri Bakıdan gələn qonaqları qarşıladı. Azərbaycanın qürurverici 3 rəngli bayraqları ilə bəzədilən maşınlarla şəhid ünvanlarına üz tutduq. İlk ziyarətimiz Əlibəyqışlaq kəndində yaşayan baş leytenant Ruslan Bayramovun və könüllü əsgər Səmral Fətəliyev ailəsinə oldu. Qarabağ qaziləri və qonaqlar hər iki şəhidin ev muzeyi ilə tanış oldular və ailə üzvüləri ilə birlikdə çay masasında söhbət davam etdirildi. Şəhidlərin keçdiyi şərəfli illərdən, döyüş yolundan söhbət açıldı. Xoş xatirələr xatırlandı.  Sonra kənddə şəhidlərin əziz xatirəsi üçün tikilmiş xatirə lövhələri ziyarət olundu.                             “Qarabağ Azərbaycandır” verlişi Qam-qam kəndində yaşayan Abdullayev Elməddin Telman oğlunun ailəsinin ziyarəti ilə çəklişlərini davam etdirdi. Ailə üzvüləri Elməddinin məktəb illərindən, keçdiyi şərəfli döyüş yolundan söhbət açdılar və övladları ilə fəxr etdiklərini bildirdilər. Söhbət şəhidin ev muzeyində davam etdirildi.  

Yeganə Telmanqızı               
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ