SON DƏQİQƏ

"Qanun və İcra” verlişi aparıcı Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO

Tarix:10-07-2022, 00:18

"Qanun və İcra” verlişi hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdirilir.
09.07.2022-ci il tarixində efirə gedən "Qanun və İcra” verlişində Azərbaycan Respublikası  Cinayət Məcəlləsinin 308 və 313-cü maddələrini əhatə edən  “Korrupsiya cinayətlər” mövzusu, eləcədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10 və 15-ci maddələrini ilə bağlı fikir mübadiləsi, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparıldı.
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin  digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək  və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişdik: 
 
1. Xeyransa Babayeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.                                                                                                                                              
2. Abusəməd Səmədov - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.                                                                


3. Əli Zamanov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.                                      
Verlişin informasiya dəstəyi  “XeberTıme.az” və “dünyatv.az” sayıtlarına məxsusdur.

Yeganə Telmanqızı 
“XeberTıme.az"




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ