SON DƏQİQƏ

Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” verlişi

Tarix:15-07-2022, 11:14

"Qanun və İcra” verlişi hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək. 
16.07.2022-ci il tarixində efirə gedən "Qanun və İcra” verlişində Azərbaycan Respublikası  Cinayət Məcəlləsinin 125-ci maddəsini əhatə edən  “Özünü öldürmə və ölüm həddinə çatdırılması”, “Valdeynlik himayəsindən məhrum olunmuş azyaşlıların dövlət himayəsi” mövzuaları ilə bağlı fikir mübadiləsi, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq. 
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin  digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik: 
 
1. Ülkər İsmayılova - Hüquq müdafiəçisi.  
 

2. Jalə Abışova- Hüquq müdafiəçisi.  


3. Vəfa Abdullayeva - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.                                                                

4. Cəlil Mahmudov - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.                                      

Verlişin informasiya dəstəyi   “XeberTıme.az” və “dünyatv.az”   sayıtlarına məxsusdur.

Yeganə Telmanqızı 
“XeberTıme.az


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ