"Qanun və İcra” verlişi hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdirilir.16.07.2022-ci il tarixində efirə gedən "Qanun və İcra” verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsini əhatə edən “Özünü öldürmə və ölüm həddinə çatdırılması”, “Valdeynlik himayəsindən məhrum olunmuş azyaşlıların dövlət himayəsi” mövzuaları ilə bağlı fikir mübadiləsi, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparıldı.
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişdik:
1. Ülkər İsmayılova - Hüquq müdafiəçisi.
2. Jalə Abışova- Hüquq müdafiəçisi.
3. Vəfa Abdullayeva - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
4. Cəlil Mahmudov - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
Verlişin informasiya dəstəyi “XeberTıme.az” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Yeganə Telmanqızı
“XeberTıme.az"