SON DƏQİQƏ

AD GÜNÜN MÜBARƏK ƏZİZ ŞƏHİD ANASI!

Tarix:20-07-2022, 18:42

Bu gün Azərbaycanın ən gənc şəhid anasının doğum günüdür. 
Həyatdakı ən gözəl, ən zəngin varlıqlardan biri də anadır.   
Qürur yaşadan oğullarımızdan biri kəşfiyyatçı şəhid Nicat Nəbiyevin nur üzlü anası Əfsanə xanımın doğum günüdür. 
Bayraqlarımız işğal altında olmayan torpaqlarda ucalaraq dalğalanır. Bu gün Nicat və Nicatın timsalında olan bütün şəhidlərimizin ruhu şaddır.                                              

Allah-Təalanın izni ilə Samirin toyunu görməyi sizlərə, bizlərə nəsib eləsin...Amin. İnşaAllah!
Zamanın sınaqlarından keçərək başını dik tutan, hər birimizin hörmət və ehtiram etdiyi, özəl tanıdığım, gözəl qəlbə malik insan, bacı qədər əziz olan, ailəmizin əzizi və sevimlisi olan Şəhid Anası Əfsanə Əbülfətova. Bu gün şad günün, əziz günündür. Yeni yaşınız mübarək.        

Sizə ən əsası cansağlığı, uzun ömür, xoşbəxt günlər arzu edirəm...Gələcəyini düzəldən hər yeni gün, bir əvvəlkindən daha gözəl, istəklrinə uyğun və Səni xoşbəxt edəcək şəkildə olsun!

 

Doğum gününüz mübarək!

Yeganə Telmanqızı               
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ