SON DƏQİQƏ

Dastana dönən şəhid filminin təqdimatı olub- FOTO

Tarix:19-08-2022, 08:39

18 avqust Sərhəd qoşunlarının yaranması münasibəti ilə Dövlət Sərhəd Xidmətinin giziri Vətən müharibəsinin şəhidi Xudayar Müslüm oğlu Yusifzadənin xatirəsinə ithaf olunmuş Zahir Əsədovun ekranlaşdırdığı Dastana dönən şəhid filminin təqdimatı olub. Filmin ssenarı müəllifi Şöhrət Eyvazov,bəstəkarı Elcin Atayev,lahiyyə rəhbəri Günel Əliqızıdır.Tədbir şəhidlərin və ulu öndərin ruhunu 1 dəqiqəlik sükutla yad edərək dövlət himninin səsləndirilməsi ilə başlayıb.Günel Əliqızı sayca şəhidlərə ithaf olunmuş 8 ci filmin təqdimatını kecirməyin qüruru ilə bərabər şəhidlərin ruhu qarşısında bir məsuliyyət kecirdiyini vurğulayev.Tədbirdə Bərdə rayonunun axundu Hacı Ramazan,Leyla Məmmədova,Elcin Atayev,Şöhrət Eyvazov,Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov,Şəhid Elməddin Hüseynzadənin,Devran Naibovun anası,Səid Ədilovun bacısı cıxış edərək vətənpərvərliyin təbliği ücün bu cür filmlərin cəkilməsinin vacibliyini bildirib.Xudayar Yusifzadənin anası filmin təşkilatcısı Günel Əliqızına bütün yaradıcı heyətə,şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğiya görə Ölkə başcısına və Mehriban xanəma təşəkkür edib.Günel Əliqızı bundan sonrada film cəkilişlərinin davam edəcəyini bildirib.
Şəhidlər ölməz,Vətən bölünməz.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ