SON DƏQİQƏ

“Qarabağ Azərbaycandır” verlişi qazi Rəvan Əzizovun evində- FOTO

Tarix:21-08-2022, 08:50

Hər həftənin 6-cı günü saat 22:00-da sevimli teleaparıcı Nuranə Gülərin təqdimatında Space TV-də yayımlanan “Qarabağ Azərbaycandır” telelayihəsi bu dəfədə bir sıra ziyalılarla Vətən müharibəsində şücaətliklə vuruşan Sumqayıt şəhərində yaşayan qazi Rəvan Əzizovun ailəsinin qonağı oldu. Həyətədə azyaşlı uşaqlar bizi qarşıladılar və qazi Rəvan haqqında xoş sözlər, gələcəkdə ona oxşayaraq bir Vətən oğlu olacaqlarını  bildirdilər. Dəyərli ziyalılar və uşaqlarla birgə əllərində Azərbaycanın və qardaş Türkiyənin qürurverici bayraqları ilə “Qarabağ Azərbaycandır!” şüarını səsləndirə-səsləndirə qazinin evinə doğru yürüş etdilər. Ailə bizi xoş, isti münasibətlə qarşıladı və çay masasında söhbət davam etdirildi. Londanda yaşayan Azərbaycan mədəniyyətini, Azərbaycanin milli mənəvi dəyərlərinin ən alisi olan muğamını bütün dünyaya tanıdan əslən Qarabağlı tarzən Rafiq Rüstəmov Rəvan kimi oğulların qanı bahasına torpaqlarımızın azad olunmasından və bu oğullarlla fəxr etdiyindən danışdı. Rafiq müəllimin 6 yaşlı Uğur adlı nəvəsi  “Azərbaycan” adlı şeir söylədi. Tam səmimi keçən görüşdə pedaqogika üzrə fəlsəfə doktoru, Bakı şəhəri 240 saylı körpələr evi-uşaq baxçasının müdiri, Pedaqogika üzrə fəlsəfə doktoru, Təhsil İnstitunun elmi müxbiri Sədaqət Rəhimova, Təhsil eksperti İntizar Xanməmmədova, AJB-nin üzvü Yeganə Telmanqızı və müğənni Elxan Qaraxanoğlu Rəvan kimi oğullarla fəxr etdiyini və böyüməkdə olan nəslə bu oğullar nümunə olduğunu bildirdilər. Azərbaycanın qalib Prezidenti və müzəffər Ordusu Azərbaycanın tarixini yazaraq Qarabağımızı geri qaytardılar. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə tezliklə şəfa versin. 18 yaşında qazi olan Rəvan Əzizov keçdiyi şərəfli döyüş yolundan, döyüş yoldaşlarından söhbət açdı. Vaxtı ilə tarix dərsini əla oxuyan tarix yazan qəhrəmanımız bu gündə döyüşdə vuruşmağa hazır olduğunu bildirdi “Təki Vətən sağ olsun!”.                                              Xatırladaq ki, qazi Əzizov 1 il 3 ay qardaş Türkiyə respublikasında H.Əliyev fondunun dəstəyi ilə müalicə alıb, bir neçə dəfə əməliyyat keçmişdir.  Efir vasitəsi ilə hər zamna xüsusi ana qayğısı ilə qazilərimizə diqqət ayıran Azərbaycan Respublikasının  I vitse prezidenti Mehriban xanım Əliyeva öz adından və ailəsinin adında dərin təşəkkürünü bildirdi.                              
Qazimiz ən yaxın dostları və sinif yoldaşları olan Vətən müharibəsi şəhidləri Mahir Xələflini və İzzət Həmidovu xatırladı, onlarla keçirtdiyi xoş günlərdən danışdı, döyüş və əsgər yoldaşlarına salamlarını göndərdi, xoş xatirələr xatırlandı. Qazi Rəvan Əzizov Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən “Cəsur döyüşçü” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.                                                                       
Sonda hər zaman şəhid ailələrinə və qazilərə hər zaman  qayğı və diqqətini əsirgəmiyən Sumqayıt şəhərində fəaliyyət göstərən “Sufle” Cake Hause tərəfindən göndərilən tort kəsildi. Sevimli müğənnimiz Elxan Qaraxanoğlu məlahətli səsi ilə canlı bir neçə mahnı oxudu və xatirə şəkillər çəkildi. 

Yeganə Telmanqızı               
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ