SON DƏQİQƏ

"Qanun və İcra” verlişi tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO

Tarix:17-09-2022, 21:54

"Qanun və İcra” verlişi hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdirilir.               
17.09.2022-ci il tarixində efirə gedən "Qanun və İcra” verlişində Azərbaycan Respublikası  Cinayət Məcəlləsinin 163-ci maddəsini əhatə edən  “Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma” mövzusu ilə bağlı fikir mübadiləsi, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparıldı.  
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin  digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı.     Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişdik: 

1. Yeganə Hacıyeva- Beynəlxalq hüquqşünas.


2. Səyyad Əsgərov- Jurnalist.


3. Mətanət Ağamirli- Teleaparıcı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti.


4. Esmira Hüseynova-Mediator, vəkil.                                                       
 
Verlişin informasiya dəstəyi  “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.

Yeganə Telmanqızı 
“XeberTıme.az




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ