SON DƏQİQƏ

Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz verib

Tarix:29-10-2022, 00:05

Oktyabr ayının 27-də Azərbaycan Qol Güləşi Federasiyasının vitse-prezidenti Rəsulov Rəhim Yusub oğlu 86 yaşında vəfat edib. Rəhim müəllim haqqında saatlarla və günlərlə danışmaq olar. Rəhim müəllim gözəl dost, gözəl ailə başçısı, gözəl baba idi. Rəhim müəllimlə bizim dostluğumuz maddiyata deyil, mənəviyyata bağlı idi. Rəhim Rəsulov bütün idmançılara böyük mənəvi dəstək, xüsusilə uşaq və yeniyetmələrin sadiq dostu idi. Mən hər zaman öz çıxışlarımda vurğulamışam ki, mənəvi zənginlik maddi zənginlikdən çox-çox daha üstündür. Məhz bu baxımdan Rəhim müəllim son dərəcə zəngin insan idi.Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti olaraq öz adımdan, federasiyamızın bütün üzvləri adından, bütün əməkdaşlarımız və idmançılarımız adından Rəhim müəllimin ailəsinə, doğmalarına və dostlarına dərin hüznlə baş sağlığı verirəm.                                                                   
Allah rəhmət eləsin! 

Bildirirəm ki, sabah, oktyabrın 29-da Rəhim müəllimin üç mərasimi münasibətilə anım tədbiri keçiriləcək. Mərhumun məzarı ziyarət olunacaq, Qurani-Şərifdən surələr oxunacaq.
Bütün idmançılarımıza müraciət edərək hamını bu tədbirdə yaxından iştirak etmək üçün 29.10.2022-ci il tarixində, saat 11:00-də Federasiyanın baş ofisinin qarşısında toplanmağa çağırıram (Nizami r-nu, E.Süleymanov 160).

 
Cəsarət Əhmədov, 
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti,
Dünya Armrestlinq Federasiyasının prezidentinin müşaviri

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ