SON DƏQİQƏ

Ağstafa rayonunda “Zəfər günü” ilə tədbir keçirilib- FOTOLAR

Tarix:7-11-2022, 23:52

8 Noyabr-“Zəfər günü” ilə əlaqədar silsilə tədbirlər keçirilir.        Bu tədbirlərdən biri də Azərbaycan Respublikası Mədəniyyət  Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü, Ağstafa  rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikasının Cənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən Ağstafa rayon Gənclər Evi  sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində keçirilmişdir. Tədbirdə Ağstafa rayon idarə və təşkilatlarının rəhbərləri, rayon ziyalıları, şəhid ailələri, 44 günlük Vətən Müharibəsinin qaziləri və 25-ə yaxın könüllü iştirak etmişdir.
Tədbir iştirakçıları qoruq ərazisində yerləşən, Ali Baş Komandan cənab İlham Əliyevin burada olması şərəfinə ucaldılmış “İlham Əliyev adına zirvə” önündə Əməkdar Mədəniyyət İşçisi, aşıq Hüseyn Hüseynovun ifasında vətənpərvər ruhda səsləndirilən saz sədaları altında qarşılanmış, “İlham Əliyev adına zirvə” haqqında onlara məlumat verilmişdir. Qoruğun direktoru Musa Mursaquliyev tədbiri açıq elan edərək qonaqları salamlamış, 44 günlük Vətən Müharibəsində qazanılmış zəfərdən bəhs etmiş, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, onların ailə üzvləri şəhidlər haqqında xatirələrini bölüşmüşlər. Həmçinin Əfqanıstan- Azərbaycan Veteranları İctimai Birliyinin Ağstafa rayon şöbəsinin sədri Mirzahid Hacıyev və Ağstafa rayon Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Nicat Vəkilov çıxış etmişlər. Daha sonra “İlham Əliyev adına zirvə”nin ətrafında dövlət bayraqlarımız və rayondan olan şəhidlərin şəkillərinin əks olunduğu lövhələrlə fləşmob baş tutmuşdur. Şəhid ailələri və qazilərin iştirakı ilə “İlham Əliyev adına zirvə” ətrafında Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda şanlı tarix yazaraq şəhid olmuş qəhrəmanların xatirəsinə salınmış “Badam bağı”nda yeni Ağstafa rayonundan olan hər şəhidin xatirəsinə bir ədəd badam tingi əkilmişdir.                                   

Sonda qonaqlar çay süfrəsinə qonaq edilmiş və xatirə şəkli çəkdirilmişdir.

“XeberTıme.az”


 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ