SON DƏQİQƏ

Azərbaycanın bir sıra ziyalıları və şəhid ailə üzvüləri Türkiyəyə Zəfər Bayramının ikinci ildönümü münasibəti ilə dəvət aldılar- FOTO

Tarix:8-11-2022, 21:39

Əslən Qarabağlı olan Aygün xanımın dəvəti ilə Azərbaycanın bir sıra ziyalılar, şəhid ailə üzvüləri qardaş Türkiyədə Zəfər bayramının ikinci il dönümü münasibəti ilə dəvət alaraq Zəfər Gününü möhtəşəm səviyyədə qeyd etdilər.                                                                          Aygün xanım Vətən müharibəsində əldə edilən şanlı Qələbənin ikinci ildönümü münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik etdi:                   
- Sözlə ifadə edə bilmədiyim, daxilimizdə, qəlbimizdə yaşayan hissləri bizə bəxş edən Uca Tanrıya şükürlər olsun. Müzəffər Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlər, mərd və qorxmaz döyüşçülər şanlı qələbə tariximizi yazdı. Unudulmaz şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin,qazilərimizin tezliklə sağalmasını arzulayıram. Biz əl-ələ verib, çətin və  
şərəfli yolu birlikdə addımlayaraq Qələbə zirvəsinə ucalmışıq! Uca Tanrı bütün Türk dünyasını, Azərbaycan xalqını qorusun!  



“Qanun və İcra” proqramının aparıcısı, tanınmış hüquqşünas Əkbər Yusifoğlu bu möhtəşənm dəvətə görə Aygün xanıma öz təşəkkürlərini bildirib. 

Yeganə Telmanqızı               
“XeberTıme.az”


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ