SON DƏQİQƏ

Tanınmış hüquqşünas Əkbər Yusifoğlu Azərbaycan xalqını “Bayraq Bayramı” münasibətilə təbrik edib

Tarix:9-11-2022, 21:05

1918-ci ilin 9 noyabrında Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Azərbaycan bayrağının dövlət bayrağı kimi qəbul edilməsi ilə üçrəngli bayrağımız “Bir kərə yüksələn bayraq, bir daha enməz!” sədaları ilə dalğalandı…Ötən ilin bu günü biz xalq olaraq, müqəddəs bayraq altında tarixi günlər yaşayırdıq. Azərbaycan əsgəri tarixi torpaqlarımızı geri qaytarır, Şuşanın azad olunması isə yüzillərdir arzusunda olduğumuz qələbəmizin yaxında olacağını göstərirdi.
Mən bir hüquqşünas kimi, “Qanun və İcra” proqramının aparıçısı olaraq, ərazilərimizin bütövlüyü üçün başladığımız haqq işində hər zaman xalqımızın və dövlətimizin yanında oldum, olacağam da.
Dövlət Bayraq Günü münasibətilə xalqımızı təbrik edir, üçrəngli bayrağımızın İravanda, Zəngəzurda  dalğalanmasını diləyirəm. O günlər uzaq deyil!
Yaşasın Azərbaycan!


Bayraq bayramınız mübarək!

Hörmətlə:                                                          
Əkbər Yusifoğlu





FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ