SON DƏQİQƏ

"Qanun və İcra” proqramı tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO

Tarix:22-11-2022, 22:29

"Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.  Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" proqramı "Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.  
19.11.2022-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramında İcra haqqında qanunun 70-82-ci maddələri haqqında fikir mübadiləsi, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparıldı.
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin  digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. “Qanun və İcra” proqramına müracət edən  şikayətçi vətəndaş İsmayılov Azər Əşrəf oğlunun “Məhkəmə və digər orqanların qərarlarının icrası” şikayəti dinləndi və hüquq yollarından  danışıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların proqrama ünvanladıqları suallarını cavablandırmaq üçün proqrama ekspertlər dəvət etmişdik: 
 
1. Mirzə Xankişiyev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil                         
 
2. Bəkir Həsənov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil                         


3. Cəlil Mahmudov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil                         

Proqramın informasiya dəstəyi  “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.

Sizlərə sayıtımız vasitəsi ilə proqramın tam videosunu təqdim edirik. 
 
Yeganə Telmanqızı 
“XeberTıme.az”




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ