SON DƏQİQƏ

Azərbaycan elminə böyük itgi baş verib

Tarix:23-11-2022, 00:48

Azərbaycan elminə böyük itgi baş verib
Coğrafiyaçı alim, Ali Məclisin deputatı Nazim Bababəyli ömrünün 69-cu ilində vəfat edib.Nazim Səfərəli oğlu Bababəyli 28 may 1953-cü ildə Naxçıvan şəhərində anadan olub.
Səmərəli fəaliyyəti ilə seçilən alim 2004-cü ildə “Araz çayının yuxarı hissəsinin ekoloji şəraiti” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2003-cü ildən Naxçıvan Dövlət Universitetində Coğrafiya kafedrasının müdiri olan Nazim Bababəyli həm də “Naxçıvan” universitetində müəllim kimi çalışırdı.
Naxçıvan MR Ali Məclisinin deputatı olan alim Avropa Şurası Regional və Yerli Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü idi. Əsasən Aerokosmik tədqiqatlar, coğrafi və geoloji ekologiyaya həsr olunmuş 180-ə qədər məqalənin, o cümlədən 6 monoqrafiyanın, ali məktəblər üçün bir neçə proqramın müəllifidir.  
3 övlad atası olan Nazim Bababəyli görkəmli coğrafiyaçı alim Səfərəli Babayevin oğlu, BDU-nun hazırkı rektoru Elçin Bababəylinin qardaşıdır.

Ulduz Eyvaz
“Qızıl Qələm” media mükafatçısı                                                                   

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ