SON DƏQİQƏ

Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" proqramı

Tarix:25-11-2022, 22:55

"Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.  
26.11.2022-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramında Azərbaycan Respublikası Mülki Məcələsinin 180-cı maddəsini əhatə edən fikir mübadiləsi, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq. 
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin  digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. “Qanun və İcra” proqramına müracət edən  şikayətçi vətəndaş Nəbiyeva İradə Rəhim qızının şikayəti dinlənəcək və hüquq yollarından danışılacacaq.   Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların proqrama ünvanladıqları suallarını cavablandırmaq üçün proqrama ekspertlər dəvət etmişik: 
 
1. Məhəbbət Dəmirçiyeva- BDU-nin hüquq fakültəsinin Mülkü hüquq kafedrasının müdiri, professor.                                                           


2. Mirzə Xankişiyev - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil                         

3. Mahsum Kamranlı - BDU-nin hüquq fakültəsinin IV kurs tələbəsi 

Proqramın informasiya dəstəyi  “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.
 
Yeganə Telmanqızı 
 “XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ