SON DƏQİQƏ

Vətən müharibəsi iştirakçısının toyunda tarix müəllimi bayraq hədiyyə etdi- FOTOLAR

Tarix:26-11-2022, 22:03

Vətən müharibəsi iştirakçısı Şamil Yəhyayevin toyu Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad olunması ilə başlandı. 
Zaqatala rayonunda Vətən müharibəsində  şücaətliklə vuruşaraq adını tarixə qızıl hərflərlə yazdıran Vətənimin qəhrəman oğlu Şamil Yahyayevin toy məclisi baş tutdu. Toy qohumların, dostların iştirakı ilə olduqca rəngarəng, şən keçdi.  
Sevimli aktyor Müşfiq Şahverdiyev pakistan əsilli Bakıda ali təhsil alan Rafia ilə toyun özəl qonağı oldular, bəyi və gəlini təbrik ediblər. M.Şahverdiyev bir-birindən maraqlı parodyalar oxuyaraq toy məclisini daha da şənləndirdi.                                    
Zaqatala rayonu A.Qurbanov  adına Üçüncü Tala kənd tam orta məktəbin tarix müəlliməsi  Xalidə Şabanova dərs dediyi Şamil Yahyayevə Azərbaycanın qürurverici bayrağını hədiyyə etdi və gənclərə öz arzu və təbriklərini çatdırdı. Şamil bəyin döyüşçü yoldaşları bəy və gəlini ürəkdən təbrik etdilər və Uca Tanrıdan uzun ömür, xoşbəxtlik arzuladılar.                                            

Qeyd edək ki, Şamil Yahyayev sevib-seçdiyi Xəyalə adlı xanımla ailə həyata qurdu. Toy məclisində bir sıra döyüşçülər, iş adamları, Zaqatala rayon ictimayyəti, təşkilat və müəssə rəhbərləri və bir sıra incəsənət adamları iştirak etdilər.  
Xatırladaq ki, Yahyayev Şamil Abakar oğlu Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamları ilə  “Cəsur doyuçuü”, “Şucayətə görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları və bir sıra mükafatlarla təltif olunub.                                                                                                              

Allah xoşbəxt eləsin! 

Qəhrəmanımızın şad günündən olan fotoları sizə təqdim edirik: 

Yeganə Telmanqızı               
“XeberTıme.az”                                                              


                                                                                                                                                                                                  
 

                                                                                                                                                                                                 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ