"Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
26.11.2022-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramında Azərbaycan Respublikası Mülki Məcələsinin 180-cı maddəsini əhatə edən fikir mübadiləsi, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparıldı.
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. “Qanun və İcra” proqramına müracət edən şikayətçi vətəndaş Nəbiyeva İradə Rəhim qızının şikayəti dinləndi və hüquqi yollarından danışıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların proqrama ünvanladıqları suallarını cavablandırmaq üçün proqrama ekspertlər dəvət etmişdik:
1. Məhəbbət Dəmirçiyeva- BDU-nin hüquq fakültəsinin Mülkü hüquq kafedrasının müdiri, professor.
2. Mirzə Xankişiyev - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
3. Mahsum Kamranlı - BDU-nin hüquq fakültəsinin IV kurs tələbəsi
Proqramın informasiya dəstəyi “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə proqramın tam videosunu təqdim edirik.
Yeganə Telmanqızı
“XeberTıme.az"