31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq.
XeberTıme.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı bayram günləri elan edilib.
Azərbaycanda bayram günləri və tətil Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.
Müvafiq olaraq, 2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən qanunvericiliyə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 2023-cü il 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq.
Bu hesabla, Yeni il bayramında ardıcıl 5 gün qeyri-iş günü olacaq.
“XeberTıme.az”