"Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
17.12.2022-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramında Azərbaycan Respublikası Konstutsiyası 129-cu maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-127-128-ci maddələri haqqında fikir mübadiləsi, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq.
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. “Qanun və İcra” proqramına müracət edən şikayətçi vətəndaş Xavər Novruzovanın “Order atasının və anasının adınadır və hər iki valdeyn vəfat edib. Qardaşı həmin evin özəlləşdirilməsinə razılıq vermir” şikayəti dinlənəcək və hüquqi və həlli yolundan danışılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların proqrama ünvanladıqları suallarını cavablandırmaq üçün proqrama ekspertlər dəvət etmişik:
1. 1. Abusəməd Səmədov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
2. Mirzə Xankişiyev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
3. Cəlil Mahmudov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
4. Qeys Musayev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
Proqramın informasiya dəstəyi “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Yeganə Telmanqızı
“XeberTıme.az”