“Qanun və İcra” proqramının aparıcısı, tanınmış hüquqşünas Əkbər Yusifoğlu vəkilləri təbrik etdi.
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 25-də “Vəkil günü” peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb.
Bu tarixi Sərəncama, eləcə də dövlətimizin başçısının vəkillik institutuna göstərdiyi yüksək qayğı və etimada görə Vəkillər Kollegiyasının üzvləri və bütün vəkil korpusu adından Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.
Vətəndaşların müraciətləri əsasında digər növ hüquqi yardım göstərilməsi, xalqa xidmət edərək onların ərizə və şikayətlərinə baxmaq bizim vəzifəmizdir. Vəkil- məhkəmədə tərəflərin əvəzində işi aparan şəxs, hüquqçu. (VK) Rəyasət Heyətinin konfransında
Anar Bağırov növbəti dəfə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilib. Azərbaycan vəkili bu seçimi ilə doğru və uğurlu addım atdı.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov başda olmaqla “Qanun və İcra” proqramının bütün komandası adından vəkilləri peşə bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Hər zaman xalqlarımızın rifahı naminə dövlət fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram.
Bayramımız mübarək!
Hörmətlə:
Əkbər Yusifoğlu
Tanınmış hüquqşünas