Hər il olduğu kimi bu il də Milli Məclisin sədr müavini Adil Əliyev seçicilərinin hər zaman üzünə açıq olan Nərimanov rayonundakı 2 mərtəbəli qərargahında (1- ci mərtəbə sakinlərin xeyir- şər məclislərinin təşkil edildiyi zaldır ) şəhid anaları,müharibə veteranları və qazilərimizlə, rayon sakinləri və seciçiciləri ilə görüş keçirmişdir.300- dən çox sakinlərin iştirakı ilə geçirilmiş tədbiri millət vəkilimiz Adil Əliyev açaraq hər kəsi salamladı və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Adil Əliyev sözünə davam edərək demişdir;" Müzəffər Ali baş komandanızın rəhbərliyi ilə ,xalqımızın birliyi və ordumuzun gücü sayəsində ,şəhidlərimizin və qazilərimizin canı , qanı hesabına torpaqlarımız yağı tapdağından azad olundu.
Bu gün də məğlub işğalçı Ermənistan rəhbərliyi xarici havadarlarına arxalanaraq sülh müqaviləsinə qol çəkmək istəmirlər.
Bizim içimizdə olan daxili düşmənləriz daha təhlükəlidir.
Qardaş bildiyimiz İranın molla rejimi uzun illərdir ki, erməniləri silahlandırır və Naxçıvanla Azərbaycanın birləşməsinə, blokadanın aradan qaldırılmasına maneçilik törədirlər. Amma buna baxmayaraq ölkə Prezidentimizin qətiyyətli xarici siyasəti bunu deməyə əsas verir ki, biz tezliklə işğal altında qalan digər ərazilərimizi də erməni quldurlarından azad edəcəyik.
Əziz tədbir iştirakçıları! Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə can sağlığı, bol ruzi- bərəkət arzulayıram."
Sonda millət vəkilimiz sakinlərin maraqlandıran suallara cavab verdi və bir çox problemlərinin həlli istiqamətində köməkliyini əsirgəmədi.
Nərimanov rayon sakini, ikinci qrup əlil, şair- jurnalist Rauf Allahverdiyev Xəzər rayonunun Binə qəsəbəsində yaşayan,Vətən müharibəsində qazisi, birinci qrup əlil , 44 günlük vətən müharibəsində ağır yaralanaraq yerimə imkanları məhdud olmuş Şuşa fatehi, Prezidentimizin Sərəncamı ilə 5 medalla təltif olunmuş 20 yaşlı qazımız Alim Dursun oğlu Bayramovun taxta üzərində yonaraq düzəltdiyi " Qazi Alim Dirsun oğlundan Adil Əliyevə hədiyyə" yazılmış suveneri Adil müəllimə hədiyyə etdi.
Sonra 300 nəfərdən çox sakinlərə bayram sovqatı hədiyyə edildi.
Onu da qeyd edim ki vətəninə, dövlətinə Prezidentimizə sadiq, saf əqidəli Adil Əliyev deputat olduğu 17 il ərzində seçicilərini tək qoymur, Qurban və Ramazan bayramlarında əlamətdar günlərdə imkansız ailələrə imkanı daxilində maddi və mənəvi köməkliyini əsirgəmir.
Özünü Ali Baş Komandanın əsgəri sayan vətənimizin belə qeyrətli oğluna can sağlığı, uzun ömür, dövlətimizin daha da qüdrətlənməsi naminə uğurlar arzulayırıq.
Rauf İlyasoğlu