SON DƏQİQƏ

Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" proqramı

Tarix:13-01-2023, 20:39

"Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.  
14.01.2023-cü il tarixində efirə gedən "Qanun və İcra” proqramında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci və 322-ci maddələri “Mülkiyyət hüququnun pozulması, qanun pozuntusu və özbaşnalıq” mövzuları baradə fikir mübadiləsi, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin  digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. “Qanun və İcra” proqramına müraciət edən  şikayətçi vətəndaş Rəşad Şirinovun  şikayəti dinlənəcək və hüquq yollarından danışılacacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların proqrama ünvanladıqları suallarını cavablandırmaq üçün proqrama ekspertlər dəvət etmişik: 
 
1. Mirzə Xankişiyev - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil                         
 
2. Soyanxan Mustafayev - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil



3. Bulud Yusifov - Hüquqşünas


4. Qeys Musayev - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil                                                  
 
Proqramın informasiya dəstəyi  “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.
 
Yeganə Telmanqızı 
 “XeberTıme.az"


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ