SON DƏQİQƏ

“Qanun və İcra” proqramı tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO

Tarix:22-01-2023, 16:43

"Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.  
21.01.2023-ci il  tarixində efirə gedən "Qanun və İcra” proqramında Azərbaycan Respublikası Konstutsiyası 129-cu maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188 və 222-3-322-ci maddələri haqqında fikir mübadiləsi, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparıldı.
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin  digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. “Qanun və İcra” proqramına müracət edən  şikayətçi vətəndaş Natella Zalovanın “Məhkəmə qətnaməsinin icrası ilə bağlı möhlət və hissə-hissə ödənilməsi ilə bağlı” şikayəti dinlənəcək və hüquq yollarından danışıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların proqrama ünvanladıqları suallarını cavablandırmaq üçün proqrama ekspertlər dəvət etmişdik: 
 
 1. Mirzə Xankişiyev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil                         
 
2. İlkin Xəlilov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
 


3. Nurlanə Quliyeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil                                                  
 
Proqramın informasiya dəstəyi  “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə proqramın tam videosunu təqdim edirik. 
 
Yeganə Telmanqızı 
“XeberTıme.az”




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ