SON DƏQİQƏ

Dayım Nadir 64 yaşında dünyasını dəyişdi

Tarix:3-03-2023, 13:19

Dayım Nadir 64 yaşında dünyasını dəyişdi 
Nadir Adil oğlu Məmmədov 1958- ci ilin avqust ayının 13- də Qubadlı rayonunun Şıxava kəndində anadan olmuşdu.Nadir mənim dayım oğlu idi.Babam Əli Nağıyev onu böyüdüb boya başa çatdırdığı üçün ona dayı deyirdik 
Əbdül, Nadir, Novruzla təxmini həmyaşıd idik.Yay tətilini Ağdamdan köç edərək Qubadlıya ata baba yurdumuza gələr, Həkəri çayında doyunca çimər , çayın dadlı, tamlı qızıl və göy balığından tutar, çayın qırağında kabab çəkirdik.Kənd camaatı çox mehriban dolanardı .
Babamın beş sağılan camışı , xeyli qoyun quzusu var idi.Nadirlə bağlı çoxlu xatirələrim yaddaşımda qaldı...
Nadir orta məktəbi bitirdikdən sonra Sibirdə hərbi xidmətini başa vurduqdan sonra ömrünü Sumqayıta bağlamışdı. Texnologiya texnikumunu əla qiymətlərlə bitirdikdən sonra istehsalatda çalışmışdır. Ximzavodda   metal qablar sexində  işləmişdir. Sonralar isə zavodun 15 nömrəli yataqxanasında  komendant  vəzifəsində  ləyaqətlə çalışmışdır. Xeyir- şər məclislərinin təşkilatçısı idi. Hərbi xidmətdə aşbaz  işləməsi onun çox vaxt karına gəlirdi 
Bir məclisdə 250 nəfəri yola vermək üçün nə qədər ərzaq və yeyinti məhsulu lazımdırsa, zərgər dəqiqliyi ilə hesablayardı. Əsl məclis adamı idi. Qohumcanlı, dosta sədaqətli insan idi. Əlilliyə görə təqaüdə çıxsa da bir neçə il əvvəl əlilliyin ləğv etmişdilər. Hansı ki, onurğa sütunundan əməliyyat olunmuşdu.Ürəyi heç sözünə baxmırdı. Övlad itkisi onu çox sarsıtmışdı. Mehrini nəvələrinə salmışdı. Bir neçə gün əvvəl dayım mənə zəng etmişdi.Biləndə ki Cəhri kəndindəyəm, dostum Kirman Rüstəmlinin qonağıyam  , çox sevindi və dedi.Rauf! Cəhri kəndi bizə doğmadır.
Firəddin bilirsən də bizə qardaşdır.Əhməd dayımın dostudur. Mənim uğurlarıma sevinirdi. Bu gün  isə acı xəbər məni çox sarsıtdı.
Nadir Məmmədov martın 2- də səhər tezdən heç kəsə əziyyət vermədən dünyasını dəyişmişdir.
Heç olmasa qızını nəvələrini yığıb başına  deyəydin; Özünüzdən muğayat olun.Mın gedəsi oldum daha."  Avqustun 13 də 65 yaşı tamam olacaqdı. Ömrü pensiya yaşına da çatmadı Nadirin.Haməya yaxşılıq etməyi bacarırsınız Sənin ölümün hər birimizi göyüm -göyüm göynətdi.Qızın Səkinəni tək qoymadın  Balana qovuşdun.Xəyallara köçkün. Həkəri çayında çimdiyimiz o bəxtıvər günlərimiz  yadıma düşdü.Nə qədər  yazılmamış xatirələrimiz qaldı, dayı. Allah günahını bağışlasın .
Məkanın cənnət olsun .Rahat uyu.Hər kəs o ölümdən dadacaq. Ruhun şad olsun, Nadir! 

Rauf İlyasoğlu 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ