SON DƏQİQƏ

Vətənə layiq oğullar

Tarix:10-03-2023, 19:52

Bu gün "XeberTıme.az" sayıtı olaraq sizi iki vətən oğlu ilə tanış edəcəm: Vasif Tağıyev və Rafiq Xəlil. Əslən Şuşadan olan Tağıyev Vasif Natiq oğlu ailəlidir, onun iki qız, bir oğlan olmaqla üç övladı var. Vasif Tağıyev 1989-cu ildə Şuşa şəhərində anadan olub, orada qeydiyyatdadır, məcburi köçkündür. Bir bacı və bir qardaşı var. Anası hal-hazırda həkimdir, atası təqaüddədir.
Xatırladaq ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum olub. Hücum zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki nəfər yaralanıb.                        

Əslən Şimal bölgəsindəndən olan Rafiq Xəlil 1980-cı ildə Bakı şəhərində ziyalı ailədə dünyaya gəlmişdir. İki övlad atasıdır. Vətən Naminə Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin idarə heyətinin üzvüdür. Daima şəhid ailələrinə, Qarabağ qazilərinə diqqət yetirən Rafiq Xəlil bu günə qədər Azərbaycanın bütün bölgələrini qarış-qarış gəzərək şəhid ailələrini ziyarət edib. Ən ucqar kəndlərdə öz vəsaiti hesabına şəhidlərin xatirə lövhələrini asmaqda dəstək olub. Hər zaman ata və qardaş qayğısını göstərərək, doğmalıqla şəhidlərin anım və doğum günlərində şəhid ailələrinin yanındadır. Hər iki vətənpərvər oğlumuza Allahdan möhkəm can sağlığı,uzun ömür arzulayıram. 

Yeganə Telmanqızı 
  “XeberTıme.az”


           
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ