SON DƏQİQƏ

Türkiyədə zəzələ nəticəsində həlak olanların anım mərasimi keçirildi.

Tarix:21-03-2023, 21:14

18 mart 2023 -cü il tarixdə Xəzər restoranında, Türkəyədə baş vermiş zəlzələ nənicəsində həlak olanların 40 mərasimi kecirlib.
 XeberTıme.az xəbər verir ki,  mərasim Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin  Xankəndi şəhər və  Xocalı rayon  şöbəsinin sədri Ramiz Ağayevin və onun ictimai işlər üzrə müavin Məhəbbət Murtuzovanın təşkilatcılığı iıə kecirildi.    
Mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranıarı İctmai Birliyin  sədri Füzuli Rzaquliyev, Azərbaycan Vətən Müharibəsi  Veteranları İctimai Birliyin (AVMVİB-in) sədir müavinləri Vahid Abdurəhmanov, polkovnik Salman Musayev, Qurban Osmanov, AVMVİB -in Nəzarət -Təftiş Kommisiyasının sədri Niyazi Quliyev, Xocalı İcra Hakimiyyəti memarlıq və tikinti şöbəsinin müdiri Təhmasib Kərimov, AVMVİB -in   Yasamalı,Xətau Binəqədi və Şuşa rayon şöbə sədirləri ( mayor Salman Hüseynov ,  kapitan Sabit Kazımov,Mərdan Əsgərov və Hafis Qənbərov ),politolok Nəzakət Məmmədova,Türkiyə vətandaşı şair, publisist,Beynəlxalq Heydər Əliyev  düşüncə mərkəzin təsicisi Fəsih Alioğlu, Şəhid ailələri, müharibə veteranları və ictimayət nümayəndələri iştirak etdilər.
Əvvəlcə mərasimdə  qardaş Türkiyədə  məlum zəlzələ zamanı həyatını itirən şəxslərin və şəhidlərmizin xatirəsi    bir dəqiqəlik  sükutla  yad edilib, Azərbaycan Respubilkasının  və Türkiyə Cümrhuriyyətinin Dövlət himləri  səsləndirlib. Qardaş Türkiyədə baş vermiş  məlum zəlzələ ilə əlqədar  vidio -carx nümayiş etdirlib.
 Mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin sədri Füzuli Rzaquliyev,Azərbaycan Vətən Müharibəsi Veteranları  İctimai Birliyiin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri  Ramiz Ağayev, Türkiyə vətandaşı sair,  publisist,Bəynəlxalq  Heydər Əliyev mərkəzin təsicisi Fesih Alioğlu,Erməni Təcavuzun Tanıdılması İctimai Birliyin sədri, jurnalust  müharibə veteranı, hərbi- repartyor Səriyə Cəfərova, şəhud Ceyhun Mustafazadənin atası   Şükür, politolok Nəzakət Məmmədova, Qarabağa Dönüş  İctimai  Birliyin baş məsləhətcisi Nadir Rəşidov, Xocalı İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Təhmasib Kərimov, Xocalı  İdman klubunun baş  məşqicisi Əli  Cəfərov , Bakı şəhər  Mədəniyyət Baş İdarəsinin Qurban Abbasov adına mədəniyyət sarayının bədi rəhbəri  Bəhiyyə Nağıyevə cıxış ediblər.
Qardaş Türkiyədə  məlum zəlzələ zamanı həyatını itirən şəxslərin 40 mərasimi  ehsan süfrəsi təşkil  edilib, onların və şəhidlərmizin  ruhlarlna  dualar oxunub əziz xatirələri ehtiramla yad edilib.Mərasinin sonunda qardaş Türkəyədə zəlzələdə həlak olanların 40 mərasiminin kecrilməsində öz köməkliyini edən  Rusiya Fedarasiyasının Narilsk şəhərində yaşayan, Azərbaycan şəhid ailərinə və müharibə veteranlarına köməklik göstərən Fədailər qurupunun üzvlərinə (şəxsən  Cavid müəlimə ) Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədrinin sosial işlər üzrə  müavini Ayaz Bəşirova  mərasim iştirakcıları öz minatdarlığnı və xoş arzularını  bildirdi.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Xankəndi şəhər və Xocalı rayon şöbəsi


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ