SON DƏQİQƏ

Azərbaycanda Ramazan ayı BAŞLADI

Tarix:23-03-2023, 09:58

Azərbaycanda Ramazan ayı başlayıb. 
 XeberTıme.az  xəbər verir ki, Ramazan ayının birinci günü miladi təqvimlə 2023-cü il martın 23-dür.
 
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva verərək bəyan edib ki, İdarənin müvafiq sorğusuna əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 32/201(Ş) saylı 14.12.2022 tarixli cavab məktubuna görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 23-nə təsadüf edir.
 
Şəvval ayının 1-i (aprelin 21-i) Ramazan bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.

“XeberTıme.az"


 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ