"Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"- nin efirində nümayiş olunur. 01.04.2023-cü il tarixində efirə gedən "Qanun və İcra” proqramında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234 və 240-ci maddələri “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövrüyyəsi ilə əlaqədar cinayətlər” və “Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlanma, istehsal etmə, əldə etmə, saxlama daşıma, göndərmə və ya satma” mövzuları baradə fikir mübadiləsi aparıldı.
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların proqrama ünvanladıqları suallarını cavablandırmaq üçün proqrama ekspertlər dəvət etmişdik:
1. Heydər İmanov- Sankt-Peteburq vilayətində yaşayan iş adamı
2. Məhəbbət Dəmirçiyeva- BDU-nin hüquq fakültəsinin Mülkü hüquq kafedrasının müdiri, professor.
3. Mirzə Xankişiyev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
4. Esmira Rzayeva-Hüquqşünas
Proqramın informasiya dəstəyi “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə proqramın tam videosunu təqdim edirik.
Yeganə Telmanqızı
“XeberTıme.az”