Qəhrəman Analar Qəhrəman Oğullar böyüdür!
Həyatdakı ən gözəl, ən zəngin varlıqlardan biri də anadır. Qürur yaşadan oğullarımızdan biri Azərbaycan Silahlı Qüvvələrinin giziri şəhid Elmar Nəsibovun nur üzlü anası Sürəyya xanımın doğum günüdür.
Bayraqlarımız işğal altında azad olunan torpaqlarda ucalaraq dalğalanır. Bu gün Elmar və Elmarın timsalında olan bütün şəhidlərimizin ruhu şaddır.
Xatırladaq ki, Sürəyya müəllimə uzun illər Sumqayıt şəhər 19 saylı tam orta məktəbdə müəllimə işləyib, minlərlə şagirdə təlim-tədris verməklə bərabər Vətənini, xalqını, torpağını sevdirməyi öyrədib. Hal-hazırda təqaüddədir.
Zamanın sınaqlarından keçərək başını dik tutan, hər birimizin hörmət və ehtiram etdiyi, özəl tanıdığım, gözəl qəlbə malik insan, anam qədər əziz olan, ailəmizin əzizi və sevimlisi Şəhid Anası Sürəyya Mehdiyeva Bu gün özəl günündür. Yeni yaşınız mübarək!
Sizə ən əsası cansağlığı, uzun ömür, gözəl günlər arzu edirəm...Gələcəyini düzəldən hər yeni gün, bir əvvəlkindən daha gözəl, istəklrinə uyğun olsun!
Yeganə Telmanqızı
“XeberTıme.az”

