8 Aprel 2023 -cü il tarixində Sübhnur Tədris Mərkəzinin yeni ünvanının açılışı mərasimi keçirilib.
Açilış mərasimində PTİY İB-in sədri, prezident təqaüdçüsü, yazıçı-publisist İradə Əlili, yazıçı-publisist Gülnarə Munis, yazıçı-publisist Azadə Novruzova, rejissor İsa Rəvan, pedaqoq Gülsüm Biləndərli, mikrosahibkar Təranə Əsədova, xeyriyyəçi Qabil Nəcəfov, jurnalist Vüqar Şahinoğlu, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbir başlamazdan öncə Azərbaycan dövlət himni səslənib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan tədris mərkəzinin rəhbəri Gülnarə Hüseynova gələn qonaqları salamlayaraq tədris mərkəzinin fəaliyyəti haqqında məlumat verib, yaranma məqsədlərindən danışıb.
Xeyriyyəçi Qabil Nəcəfov kursun gələcək fəaliyyətinə uğurlar arzulayaraq xeyir duasıni verib: "İnşallah, inanıram ki, gələcəyimiz olan uşaqların sağlam və vətənpərvər ruhda böyüməsinə, şəxsiyyət kimi formalaşmasına öz töhfəsini verəcək. Onlar gələcəkdə müxtəlif peşə sahibləri olarkən bu tədris mərkəzində təhsil almaqlarını xoş düşüncələrlə xatırlayacaqlar. Allah xeyirli etsin".
Ə.İradə, M.Gülarə, Y.Azadə B.Gülsüm Biləndərli, Ə.Təranə R.İsa, Ş.Vüqar Sübhnur Tədris Mərkəzinin rəhbəri Gülnarə Hüseynovanın bu mərkəzin yaranmasındakı əməyindən söz açıblar. Tədris Mərkəzinin uşaqların gələcəkdə şəxsiyyət olaraq formalaşmasında, ilkin bilik və bacarıqlara yiyələnməsində müsbət rol oynacaqlarını vurğulayıblar.
Valideynlər də yaradılan şəraitə, təhsilə göstərilən diqqət və qayğıya görə, müəllimlərə, rəhbərliyə minnətdarlıqlarını bildiriblər.
Daha sonra tədbir bədii hissə ilə davam edib. Uşaqlar mahnılar oxuyub, şerlər söyləyiblər. Sonunda isə tort kəsilib, xatirə fotoları çəkilib.
“XeberTıme.az"