SON DƏQİQƏ

“Bu gün tv” 1 yaşını qeyd edir

Tarix:13-04-2023, 12:53

“Bu gün televiziyamızın 1 yaşı tamam olur. Biz, qrup olaraq ölkə mediasının inkişafina dəstək məqsədi ilə bir yola çıxdıq. Bunun üçün öncə ötən ilin iyul ayında təsis etdiyim Media Tədris Mərkəzinin fəaliyyətinə başladıq. Daha sonra Azərbaycan mediasının inkişafında təcrübənin əsas rol oynadığını nəzərə alaraq  tələbələrimizlə birlikdə bir yeniliyə imza atmaq qərarına gəldik – “Bu gün TV”-ni yaratdıq”. Bu sözləri media qurumunun təsisçisi, Əməkdar Jurnalist Elnarə Dərziyeva jurnalistlərə açıqlamasında bildirib.Onun sözlərinə görə, bu yalnız bir televiziya deyil, ümumilikdə, ölkədə və dünyada baş verənlərdən operativ xəbər almaq istəyən oxucular üçün qərəzsiz, inamlı, vicdanlı, bir sözlə desək, jurnalist etikasının bütün kriteriyalarını özündə cəmləşdirən media qurumudur.
“Bu bir il ərzində “Bu gün TV”-nin bir informasiya agentliyi olaraq medianın inkişafına təkan vermək uğrunda çalışıb. Əminəm ki, işgüzar və həvəsli komandamızla peşəkar jurnalistikanın necə olduğunu əyani şəkildə göstərə bilirik”, -deyən E. Dərziyeva dövlət və özəl qurumları daha geniş şəkildə əməkdaşlığa çağırıb. Bu yaxınlarda müxəlif sahələri, mövzuları əhatə edən televiziya verilişlərinə start verəcəklərini açıqlayb.
“Bu yolda birgə addımladığımız kollektivimizə yüksək nailiyyətlər arzulayıram! Uğurlar bizə!”,- deyib.



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ