SON DƏQİQƏ

Əkbər Yusifoğlu Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Tarix:22-04-2023, 18:45

Bu ayın fəzilətindən irəli gələn "11 ayın sultanı” adlandırılan, Ramazan ayının mənəvi həyatımızda əhəmiyyəti olduqca böyükdür.
Mübarək Ramazan bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza səmimi arzu və diləklərimi yetirirəm.
Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu mübarək ayda hər bir müsəlman Allah qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanaraq xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının sevincini yaşayır.
Xalqımızın birliyini daha da gücləndirən, mənəvi-əxlaqi zənginliyin təntənəsinə çevrilən mübarək Ramazan  bayramını artıq işğaldan azad olunan torpaqlarımızdada keçirə bilirik.
Bütün Azərbaycan xalqımın Ramazan bayramını təbrik edərək, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.
Allah orucunuzu dua və niyyətlərinizi qəbul etsin!
Ramazan bayramınız mübarək olsun!

 Hörmətlə: Əkbər Yusifoğlu                                                                                    
 
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil 

     

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ