Əliyeva Günay Sabir qızı 24.04.2023- ci il tarixdə qəflətən vaxtsız vəfat edib.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyevin həyat yoldaşı Günay Əliyevanın vəfatı ilə əlaqədar “XeberTıme.az” analitik informasiya portalının direktoru Yeganə Telmanqızı və əməkdaşları adından, Sumqayıt Regional Mədəniyyət İdarəsinin bütün kollektivi adından, Sumqayıt Bülbül adına 2 nömrəli UİM-nin direktoru Samir İsmayılov başda olmaqla bütün pedaqoji kollektivi adından mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüzünlə baş sağlığı verərək uca Allahdan rəhmət diləyirik.
Xatırladaq ki, Günay Əliyeva Mədəniyyət Nazirliyinin əməkdaşı, Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif olunmuşdur
Allah yerini cənnət etsin! Amin!
“XeberTıme.az”