"Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş olunur.
29.04.2023-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144, 145 və 215-ci maddələri və Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsi ilə bağlı fikir mübadiləsi eləcədə məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparıldı. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün proqramımıza ekspertlər dəvət etmişdik.
1. Mirzə Xankişiyev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
2. Azər Məmmədov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
3. Esmira Rzayeva- Hüquqşünas
4. Soyanxan Mustafayev- Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil
Proqramın informasiya dəstəyi “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə proqramın tam videosunu təqdim edirik.
Yeganə Telmanqızı “XeberTıme.az”