SON DƏQİQƏ

Azərbaycanlı futbolçu VƏFAT ETDİ

Tarix:9-05-2023, 09:51

“Qarabağ-2”nin futbolçusu Şirxan Həsənzadə vəfat edib. 
XeberTıme.az APA-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl məşqin əvvəlində isinmə hərəkətləri zamanı ürəyi dayanan futbolçu xəstəxanada dünyasını dəyişib.
 
Komandanın hazırlığında gözlənilmədən 20 yaşlı futbolçunun ürəyində problem yaranmışdı. Məşqçilərin və həkimlərin ilkin müdaxiləsindən sonra dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılan Şirxanın həyatını xilas etmək mümkün olmayıb.
 
Qeyd edək ki, futbolçu U-21 yığmamızın heyətinə mütəmadi dəvət alırdı.

 
“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ