SON DƏQİQƏ

VİKİPEDİYAÇILAR “HACKATON – 2023” KONFRANSINDA ÖLKƏMİZİ TƏMSİL EDİBLƏR- FOTO

Tarix:25-05-2023, 19:54

"İrs - Gənclərin Təbliğat və Maarifləndirmə Mərkəzi" İctimai Birliyi
PRESS - RELİZ

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin səfər qrantları çərçivəsində "İrs Gənclərin Təbliğat və Maarifləndirmə Mərkəzi" İctimai Birliyinin könüllüləri – Vikipediya inzibatçısı Toğrul Rəhimli və Vikipediya patrulu Aida Aslanova 19–21 may tarixlərində Yunanıstanın Afina şəhərində keçirilmiş Beynəlxalq "Wikimedia Hackathon 2023" tədbirində Azərbaycanı təmsil ediblər. Afinanın zəngin "Texnopolis" ərazisində keçirilən tədbirdə Almaniya, Fransa, ABŞ, Kanada, Braziliya, Portuqaliya, Norveç, İspaniya, Litva, İsveç və başqa ölkələrdən olan Vikipediya proqramçıları və təlimçiləri iştirak ediblər. İştirakçılara Vikimedianın texniki tərəflərinə və yeniliklərinə yiyələnmək üçün müxtəlif proqramlaşdırma alətləri ilə işləmək mövzusunda geniş təlimlər keçirilmişdir.
Tədbirdə vikipediyaçılara müxtəlif "JSON" sorğuları vasitəsilə Vikipediyadakı məlumatların işlənmə prinsipləri və onların idarəsi haqqında geniş nəzəri və praktiki təlimlər keçirilmiş, yeni istifadəyə verilmiş Vikimedia alətlərinin təqdimatları baş tutmuşdur. İştirakçılar Vikimedianın müxtəlif layihələri üçün kompleks şablonlar, modullar və qadcetlərin yaradılması, təkmilləşdirilməsi və yenilənməsi üzrə yiyələndikləri bilik və bacarıqlarını müxtəlif Vikimedia layihələrində tətbiq etmişlər.
Tədbirin sonunda xatirə qrup fotosu çəkilmiş və konfrans iştirakçıları üçün Afinanın görməli yerlərinə – tarixi ərazilərə və muzeylərə səfərlər təşkil edilmişdir.

Bakı şəhəri                                                                                                          

25 may



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ